Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Samir Abasov: “Ahmedova dedim ki, çıx, qol vur”

19.05.2021 23:13 1 764
Samir Abasov: “Ahmedova dedim ki, çıx, qol vur”
“Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq. Məşqlərdə də rahat idik”.

“Report” xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra “CBC Sport”a açıqlamasında çempionluq təəsüratlarınıbölüşərkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, qalib gələcəklərinə inanırdılar: “Hətta Əhməd Əhmədovu meydana buraxanda dedim ki, çıx qol vur. Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm”.

Abasov komandanı qəbul edərkən çempionluq haqqında düşünmədiyini söyləyib: “Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir”.

Son xəbərlər