Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keysuke Honda və Əhməd Əhmədov "Neftçi"dən ayrıldı - RƏSMİ

22.05.2021 21:31 1 377
Keysuke Honda və Əhməd Əhmədov
"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.

Bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında məlumat verib.

43 yaşlı mütəxəssis yarımmüdafiəçi Keysuke Honda və hücumçu Əhməd Əhmədovun yeni mövsümdən komandada olmayacağını söyləyib: "Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Əhmədovun isə icarə müddəti bitib və Bolqarıstanın MOİK (Sofiya) klubuna qayıdıb. Son oyunda vurduğu qolu kənara qoyaq, ona bizimlə birlikdə olduğuna görə təşəkkür edirəm".

Abasov yeni hücumçu axtaracaqlarını sözlərinə əlavə edib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu dəqiq deyə bilərəm ki, Keysuke Honda və Əhməd Əhmədov bizim komandada olmayacaq".

O, yeni müdafiəçi və vinger də transfer etmək istədiklərini deyib.

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. Əhməd Əhmədov isə fevralın 17-də "ağ-qaralar"a keçib. Ölkə çempionu daha əvvəl braziliyalı müdafiəçi Rener Alveslə vidalaşacağını açıqlayıb.скачать dle 11.3
Mojo.az Banner