Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

29.04.2021 13:50 1 596
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 28-də respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər