Nazirlik rəsmisi: “Xəzər dənizində kilkə ehtiyatı artır”
“1990-cı illərin sonunda il ərzində Xəzəryanı ölkələrdə ümumi 30 min ton balıq ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1 000 ton civarında olub”.
Bu barədə Ekologiya və təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov bildirib.
Onun sözlərinə görə, 2011-ci ildən Xəzər dənizində nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub:
“Hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması üçün Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir.
Bütün bunlar olmasaydı indi Xəzər dənizində nərə balıqlarının populyasiyasını təmin edə bilməzdik”.
O qeyd edib ki, hazırda Xəzər dənizində ekosistemin bərpa prosesi gedir: “Xəzər dənizində kilkə ehtiyatı artır. Yaxın illərdə digər balıq növlərinin artmasını gözləyirik”.