Xəzərdə balıq ovuna qadağa var? - AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində balıq ovunun qadağan olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev danışıb.
Onun sözlərinə görə, daxili su hövzələri və Xəzər dənizində həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur:
“Sadəcə olaraq, həvəskar balıq ovu ilə məşğul olanlar beş kiloqramdan çox balıq ovlaya bilməzlər. Təbii ki, balıq ovu böyük həcmdədirsə, o zaman məhdudiyyət tətbiq edilir”.
Xidmət rəisi qeyd edib ki, ovla məşğul olmaq istəyən şəxslər ilk növbədə ovçuluq bileti əldə etməlidir.