Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Həvəskar balıq ovuna nə zaman icazə verilir? - AÇIQLAMA

14.04.2021 11:21 1 041
Həvəskar balıq ovuna nə zaman icazə verilir? - AÇIQLAMA
Xəzər dənizində tilovla balıq tutmaqla həvəskar balıq ovu həyata keçirilə bilər.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Nazirliyin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində tilovla balıq tutanlara cərimə tətbiq edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, may, iyun ayları istisna olmaqla, digər aylarda həvəskar balıq ovu həyata keçirilə bilər:

“Kür və Xəzərə axan bütün çaylarda da eyni qaydada həvəskar balıq ovu həyata keçirilə bilər. Baş Şirvan kollektorunda 1 iyun-20 iyul tarixləri arasında balıq tutulması qadağandır, digər aylarda icazə var. Amma başqa kollektorlarda il boyu tilovla balıq ovunun həyata keçirilməsinə icazə verilir”.

“Qeyd edək ki, bir tilovda qarmaqların sayı 3-ü keçməməlidir. Ümumi isə tilov üzərindəki qarmaqların sayı 7-ni keçməməlidir”, - deyə A.Səmədova qeyd edib.

Son xəbərlər