Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan bayrağı Avropada ən yüksək zirvədə dalğalandı: İdmançımız çempion oldu

22.04.2021 21:58 1 723
Azərbaycan bayrağı Avropada ən yüksək zirvədə dalğalandı: İdmançımız çempion oldu
Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Median.Az-ın məlumatına görə, Azərbaycan yığması ilk qızıl medalını dördüncü yarış günündə qazanıb.

Bu uğura qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik imza atıb. Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib.

Bir gün öncə 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, yarımfinalda Oksana Livaçı (Ukrayna) 10:4 hesabı ilə məğlub edən Mariya bu gün finalda gücünü sınayıb. O, Miqlena Selişka (Bolqarıstan) üzərində qələbə qazanıb – 7:2.

Bu, Stadnikin Avropa çempionatlarında 8-ci qızıl medalı olub. İlk uğuruna 2008-ci ildə Finlandiyanın Tampere şəhərində imza atan güləşçimiz 2009, 2011, 2014, 2016 və 2017-ci illərdə də 48 kq, 2018-ci ildə isə indiki kimi 50 kq çəkidə ən güclü olub. 8 qitə çempionluğu olan Stadnik 2015 və 2019-cu illərdə Avropa Oyunlarının qalibi kimi “Köhnə qitə”də rəqibinin olmadığını göstərib.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadınların yarışında isə Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) 3-cü yer uğrunda gücünü yoxlayacaq.скачать dle 11.3
Mojo.az Banner