Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Agentliyindən şəhid ailələri və qazilərə veriləcək mənzillərlə bağlı AÇIQLAMA

16.04.2021 12:51 819
Dövlət Agentliyindən şəhid ailələri və qazilərə veriləcək mənzillərlə bağlı AÇIQLAMA
Vətən müharibəsi zamanı şəhid olanların ailələri və əlil olmuş 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.

O bildirib ki, ötən il 1572 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzil və fərdi evlərlə təmin edilib:

“Cari ilin yanvarın 25-də ölkə başçısının sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsinə dayanmış müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı yeni sərəncam imzalandı. Bu sərəncamın ikinci bəndində Vətən müharibəsi zamanı şəhid olan şəxslərin də ailə üzvlərinin, həmçinin Vətən müharibəsi zamanı əlilliyi olmuş şəxslərin mənzil təminatının həyata keçirilməsi tapşırıldı. Bu sərəncam çərçivəsində 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub.

Prezidentin müvafiq tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olundu. Cari il üçün artıq bu kateqoriyadan olan 3 min şəxsin - müharibə əlilləri, şəhid ailələrinin mənzillərlə təmin olunmasına başlanılıb. Artıq bir neçə yaşayış kompleksində mənzillər verilir, eləcə də fərdi evlərin tikintisinə başlanılır. Əvvəlki illərə nisbətən bu proqramla daha çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillərlə təmin ediləcək”.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi pandemiya dövrünə baxmayaraq gücləndirilmiş iş rejimində çalışıb.скачать dle 11.3
Mojo.az Banner