Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ qazilərinə sığorta pulu nə vaxt veriləcək? - AÇIQLAMA

24.03.2021 23:04 1 224
Qarabağ qazilərinə sığorta pulu nə vaxt veriləcək? - AÇIQLAMA
İkinci Qarabağ müharibəsinin qazilərinə birdəfəlik sığorta ödənişi verilsə də, 30 ilə qədər bir müddətin ötməsinə baxmayaraq, hələ də Birinci Qarabağ müharibəsi qaziləri bu ödənişi ala bilməyiblər.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Sığorta Kommersiya Şirkətindən Cehhe.info-ya dövlət tərəfindən sözügedən ödənişin təyin olunduğu və fevral-mart aylarında verilməsinə başlanacağı bildirilmişdi.

Artıq mart ayı bitir. Bu dəfə də Birinci Qarabağ müharibəsi qazilərinə sığorta ödənişlərinin verilməsi təxirə salındı?

“Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Birinci Qarabağ Müharibəsinin qazisi Rey Kərimoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, sığorta ödənişlərinin verilməsinin təxirə düşdüyünü düşünmür:

“Ola bilsin ki, bayrama görə sığorta pulunun ödənişi ləngiyib. Mənə verilən məlumata görə, ödənişlərin verilməsinə başlanılmalıdı. Deyilənə görə, bununla bağlı Prezidentin fərmanı olmalıdır. Yəqin ki, apreldə olar”.

Qeyd edək ki, qanunvericiliyə görə, ümumi sığorta məbləği 11 min manatdır ki, bu, şəhid vərəsələrinə təyin olunur. 1-ci dərəcəli əliliyə görə həmin ümumi məbləğin 80, 2-ci dərəcəli əliliyə görə 60, 3-cü dərəcəli əlilliyə görə 40 faizi təyin olunur. Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 25, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümumi sığorta məbləğinin 5 faizi təyin olunur.скачать dle 11.3
Mojo.az Banner