Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailələrinə verilən sığorta ödənişlərinin həcmi məlum oldu

15.03.2021 12:59 705
Şəhid ailələrinə verilən sığorta ödənişlərinin həcmi məlum oldu
Vətən müharibəsi başlayandan 2020-ci ilin sonunadək 6 110 şəxsə 22,3 milyon manat sığorta ödənişi verilib.

Onlardan 1 347 nəfər şəhidin vərəsələri (təxmini ödəniş həcmi 14 milyon 817 min manat), 4 763 nəfər xəsarət alanlardır.

Qanuna müvafiq olaraq şəhid olmuş hərbçilərin vərəsələrinə 11 min manat, I qrup əlillərə 8 800 manat, II qrup əlillərə 6 600 manat, III qrup əlillərə 4 400 manat, ağır və yüngül xəsarət alanlara müvafiq olaraq 2 750 manat və 550 manat məbləğində sığorta ödənişi verilir.

Müvafiq sığorta ödənişlərinin operativliyinin təmin olunması məqsədilə Mərkəzi Bankda işçi qrup yaradılıb. İşçi qrup hərbi qulluqçulara və onların vərəsələrinə Qanunla müəyyən edilmiş təsdiqedici sənədlərin sürətli qaydada təqdim olunması üçün müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir.скачать dle 11.3
Mojo.az Banner