Mojo.az Banner
15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Sığorta ödənişi alan şəhid və xəsarət alan hərbi qulluqçuların sayı açıqlandı - RƏSMİ

22.12.2020 15:39 1 314
Sığorta ödənişi alan şəhid və xəsarət alan hərbi qulluqçuların sayı açıqlandı - RƏSMİ
Şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin verilməsi təmin olunub.

Bu barədə Mərkəzi Bank tərəfindən məlumat verilib.

Bildirilib ki, 18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4 min 138 şəxsə ödəniş edilib, onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 min 387 nəfəri isə xəsarət alanlardır.

Əlavə edilib ki, ödənişlərin təmin olunması məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb.

Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılıb. Əməkdaşlıq şəraitində Ədliyyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur.

Eyni zamanda, əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq, “Azərsığorta” şirkətinin daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib.

Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.скачать dle 11.3
Mojo.az Banner