Mojo.az Banner
11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |     11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqladı

23.03.2021 11:59 1 407
Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqladı
“COVID-19 pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, bu il Ukrayna ilə Azərbaycan arasında etimada, qarşılıqlı hörmətə söykənən strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səylər göstəriləcək”.

Bunu “Report”a Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.

“İki dövlət arasında mehriban əməkdaşlıq əlaqələri yaranıb. Biz ikitərəfli gündəm üzərində daha çox çalışmalıyıq. Bu gün başlıca məsələ Ukrayna ilə Azərbaycan arasında fəal siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət, mədəni-humanitar və regional əməkdaşlığın daha da dərinləşdirilməsidir”, - deyə açıqlamada qeyd olunur.

Vurğulanıb ki, bu vəzifələrin həyata keçirilməsinə əvvəla, Ukrayna və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri, parlament səviyyəsindəki təmaslar, habelə dövlət və işgüzar səviyyədə ekspertlərin yaxından əməkdaşlığı rəvac verə bilər.

Açıqlamaya əsasən, Ukrayna ilə Azərbaycan arasında enerji, hava nəqliyyatı, fəza, hərbi-texniki əməkdaşlığın təmin olunması, cari layihələrin gerçəkləşdirilməsi və yenilərinə başlanması 2021-ci ildəki ikitərəfli münasibətlərin öncül istiqamətləridir.скачать dle 11.3
Mojo.az Banner