Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna XİN: “Ərazi bütövlüyümüzə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq”

22.03.2021 12:22 1 152
Ukrayna XİN: “Ərazi bütövlüyümüzə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq”
"Azərbaycan Ukraynanın beynəlxalq arenada dostu və etibarlı tərəfdaşıdır”.

Bu barədə "Report”a Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən bildirib ki, dövlətlərimiz arasında münasibətlər zaman sınağından keçib.

Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq”, - XİN-dən bildiriblər.

XİN-dən xatırladıblar ki, Azərbaycan ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Litva, Polşa və Türkiyə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğu ölkələrdəndir.

"Belə tərəfdaşlığın əsas məqsədləri dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi, regional təhlükəsizliyin və enerji müstəqilliyinin möhkəmləndirilməsi, nəqliyyat potensialının inkişafı, müxtəlif sahələrdə birgə miqyaslı layihələrin həyata keçirilməsi, eləcə də ölkələrimiz arasında iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Bu kontekstdə Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı ayrıca qeyd etmək lazımdır. Bu əməkdaşlığın sayəsində Ukrayna öz enerji balansında Rusiya neftini Azərbaycan nefti ilə tamamilə əvəz edib.

Əməkdaşlığın digər perspektivli istiqamətləri arasında gömrük sahəsini, o cümlədən gömrük əməliyyatları sahəsində təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini göstərmək olar”, - Ukrayna Xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər.скачать dle 11.3
Mojo.az Banner