Mojo.az Banner
18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın iki qılıncoynadanı Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazandı

12.03.2021 22:23 918
Azərbaycanın iki qılıncoynadanı Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazandı
Qılıncoynatmanın sablya növü üzrə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Kubokunda bu gün qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.

Median.Az xəbər verir ki, təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qalib başa vuran Anna Başta birbaşa turnirin əsas mərhələsinə vəsiqə qazanıb. Anna Başta 1/32 finalda macarıstanlı Kira Kesei ilə qarşılaşacaq.

Qrupda keçirdiyi beş görüşdən üçündən qalib ayrılan Valeriya Bolşakova sabah keçiriləcək əsas mərhələyə yüksəlib. Valeriya təsnifat mərhələsinin pley-offunda Gürcüstan sablyaçısı Teodora Kaxiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb. Valeriya 1/32 finalda Rusiya qılıncoynadanı Olqa Nikitina ilə üz-üzə gələcək.

Qrup mərhələsini üç qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova isə təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb. Sevil Türkiyə təmsilçisi İrina Şuka 13:15 hesabı ilə uduzub. Səbinə isə fransalı Marqo Rifkissə 10:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu, qılıncoynadanlarımızın pandemiya dönəmində iştirak etdiyi ilk yarışdır.



Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!


ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

TUT.AZ - Pulsuz Elanlar
скачать dle 11.3
Mojo.az Banner