Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

MDB Oyunları: Azərbaycan badmintonçuları yarımfinala yüksəlib

10.09.2021 19:36 1 548
MDB Oyunları: Azərbaycan badmintonçuları yarımfinala yüksəlib
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında badminton üzrə 5 kateqoriyada yarımfinalçılar müəyyənləşib.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, oğlanların şəxsi yarışında Azərbaycan təmsilçisi Diki Pangestu 1/4 finalda Özbəkistan badmintonçusu Biloliddin Koçkarboevə 2:0 hesabı ilə qalib gəlib. Pangestu yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevlə qarşılaşacaq.

Məhəmməd Xədafi ən güclü 4-lüyə vəsiqə uğrunda Qazaxıstan idmançısı Dmitriy Panarinə 0:2 hesabı ilə uduzub. Aqil Qəbilov isə 1/4 finalda Rusiya badmintonçusu Amir Hamidulinə eyni hesabla məğlub olub.

Şəxsi kateqoriyada qızların yarışında 1/4 finalda mübarizə aparan Azərbaycanın digər təmsilçisi Era Maftuha da yarımfinala yüksəlib. Maftuha özbək Sevinc Sodikova üzərində 2:0 hesablı qələbə qazanıb. O, finala yüksəlmək üçün belaruslu Marina Yanbayevanı mübarizədən kənarlaşdırmalıdır.

Oğlanların qoşa yarışında qrup mərhələsini adlayan Diki Pangestu-Məhəmməd Xədafi cütü yarımfinalda Amir Hamidulin-Pavel Moniç cütü ilə qarşılaşacaq.

Qarışıq-qoşada pley-offa yüksələn Aqil Qəbilov – Era Maftuha tandemi isə yarımfinalda Pavel Moniç – Regina Qaliaxmetova (Rusiya) ilə üz-üzə gələcək. Qızların qoşa yarışında Nigar Əliyeva – Həcər Nuriyeva cütü isə mübarizəni qrup mərhələsində dayandırıb.

Son xəbərlər