Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın daha iki boksçusu Avropa Kubokunda medalı təmin etdi

13.10.2023 13:43 3 111
Azərbaycanın daha iki boksçusu Avropa Kubokunda medalı təmin etdi
Azərbaycanın daha iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.

Yarımfinala yüksələn Tayfur Əliyev (60 kq) və qardaşı Sərxan Əliyev (71 kq) ən azı bürünc medalı rəsmiləşdiriblər.

T.Əliyev 1/4 finalda Rusiyanı təmsil edən Arşak Tovmasyanı 4:3 hesabı ilə məğlub edib. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

S.Əliyev isə bu mərhələdə Miroslav Kapulerdən (İsrail) güclü olub. Görüşün taleyini ilk raundda həll edərək, tam üstünlüklə qalib gələn boksçu yarımfinalda polşalı Damian Durkaçla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin üç boksçusu yarımfinala yüksəlib. Finala yüksəlmək üçün Tural Sarıyev (48 kq) Rusiya təmsilçisi Artış Soyanı, Malik Həsənov (63,5 kq) israilli Ahmad Ştivini, Mirşərif Kazımzadə (75 kq) isə Rusiyanın digər boksçusu Cambulat Bijamovu (Rusiya) üstələməlidir.скачать dle 11.3
Mojo.az Banner