Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan yeni terror təşkilatı yaratdı

01.03.2021 23:26 1 023
Ermənistan yeni terror təşkilatı yaratdı
Ermənilər öz tarixi vərdişlərindən əl çəkməyərək onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb. “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib.

“Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib”, - o əlavə edib.

S.Eğilmez bildirib ki, Ermənistanın tarixinə nəzər salanda onun daim terror fəaliyyətləri ilə anılan dövlət olduğu görünür. “Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”, - o qeyd edib.

Eğilmez bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

“Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”, - Eğilmez deyib.

ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindəmn irəli gəldiyini deyir. Bildirir ki, gələcəkdə bu təşkilatın böyüyüb Türkiyəyə, Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır.

“Ermənilərə bunu deyirik: artıq özünüzü oyuncaq durumundan qurtarın. 100 ildir insanlar sizi istifadə edir. Türkiyə şərtləri içərisində, Türkiyənin müəyyən etdiyi şərtlər daxilində bizimlə dostluq olmasa da ittifaq qurmağın yollarını axtarın. Azərbaycanla ittifaq qurmağın yollarını axtarın. Əgər bunu etməsəniz sizi daha bir əsr istifadə edəcəklər və bu işdən tarixdə olduğu kimi, yenə ermənilər ziyanla çıxacaq”,-o bildirib. (virtualaz.org)

Son xəbərlər