Mojo.az Banner
22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

“Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili - VİDEO

22.02.2021 20:18 2 670
“Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili - VİDEO
“Caliber” müstəqil jurnalist layihəsi “Youtube” kanalında növbəti videotəhlilini yerləşdirib.

Layihənin Abxaziyadan keçən dəmiryolu mövzusuna həsr edilmiş budəfəki təhlilində müəlliflər qeyd edirlər ki, təxminən bir həftə öncə qondarma Abxaziya Respublikası parlamenti Rusiya Dövlət Dumasına müraciət edərək, bu ölkə ilə Ermənistan arasında dəmiryolu əlaqəsinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

“Abxaziya separatçıları tərəfindən Moskvaya “rəsmi” sorğu göndərilib və bildirilib ki, qondarma respublika əhalisi arasında Ermənistanla dəmiryolu xəttinin açılışı tərəfdarlarının sayı günbəgün artmaqdadır. Biz istər Abxaziyada, istərsə də Ermənistanın özündə sözügedən layihə tərəfdarlarının artmasına zərrə qədər şübhə etmirik. Axı Ermənistan uzun illərdir, Rusiya ilə birbaşa dəmiryolu əlaqəsinə malik deyil. İki ölkəni əlaqələndirən və Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu isə hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Odur ki, məsələ ilə bağlı Ermənistanın marağını anlamaq elə də çətin deyil. O ki qaldı Abxaziyaya, bu işğal olunmuş ərazi məhz belə layihələr hesabına öz legitimliyini təsdiq etmək istəyir”, - deyə videotəhlildə bildirilir.

Daha ətraflı “Caliber”in yeni videotəhlilində:скачать dle 11.3
Mojo.az Banner