Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb

13.02.2021 22:27 1 131
Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb
Şuşa şəhərində Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artistinin evinin ilkin bərpa layihəsi hazırlanıb.

Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

O, bildirib ki, müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb.

Faiq İsmayılov əlavə edib ki, Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb dövlət qurumlarına təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olub.скачать dle 11.3
Mojo.az Banner