Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş həkimi həbs olunan xəstəxana ilə bağlı ŞİKAYƏT

11.02.2021 13:50 843
Baş həkimi həbs olunan xəstəxana ilə bağlı ŞİKAYƏT
Məlum olduğu kimi, ötən ay Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda xəstəxanada korrupsiya faktları ilə bağlı araşdırma gedir. Bu səbəbdən də xəstələrin müayinəsi məhdudlaşdırılıb. Nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlər yaranıb.

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayon sakinləri tərəfindən bir neçə müraciət daxil olub. Onlar bildirirlər ki, əlilliyə görə pensiya və sosial müavinət alan şəxslər təkrar müayinədən keçmək üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət etsələr də, onlara hazırda araşdırma aparıldığını və xəstəxanada əlilliklə bağlı müayinələrin dayandırıldığını deyiblər.

Bəs müayinə vaxtı çatan şəxslər hara müraciət etməlidirlər? Müayinələr hansı müddətdən sonra bərpa olunacaq? Vaxtında müraciət etmədiyinə görə vətəndaşlarla bağlı hər hansı cərimə nəzərdə tutulurmu?

Bu barədə məlumat almaq üçün Masallı Rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətləri həvalə olunan Rasim Əzizovla əlaqə saxladıq. O bildirdi ki, korrupsiya faktları ilə bağlı araşdırma aparıldığından xəstəxana müvəqqəti bağlanıb. Təxminən 10 günə xəstəxana açılacaq və əlilliyə görə müayinə olunmaq istəyən şəxslər də həmin vaxt müraciət edə bilərlər:

“5-10 gün sonra bütün sənədlər aidiyyəti üzrə ötürüləcək. Əlillik meyarlarına uyğun olanlar pensiya ala biləcəklər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, vətəndaş müəyyən müddət itirəcək və həmin müddət ərzində pensiya və ya sosial müavinət almayacaq.

“Vaxtında səhiyyə müəssisəsinə müraciət edib, həkim komissiyasından keçərək Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilməlidir. Təyinat vaxtında aparılsa, vətəndaş vaxtında sosial müavinət və ya əmək pensiyası ilə təmin olunar. Lakin bu halda müəyyən müddət itəcək və vətəndaşın vaxtında arasıkəsilmədən sosial müavinət almaq şansı azalacaq”.

Agentlikdən həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, “forma 88” Alt Sistemə daxil edildikdən sonra əlillik 10-15 iş günü ərzində qiymətləndirilir.скачать dle 11.3
Mojo.az Banner