Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoyulan sərmayə açıqlandı

04.02.2021 14:08 1 965
Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoyulan sərmayə açıqlandı
2020-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə təqribən 29 milyon dollar xərclənib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, əməliyyat xərclərinə isə təqribən 111 milyon dollar vəsait sərf olunub.

Bildirilir ki, il ərzində BTC vasitəsilə 27,8 milyon tondan artıq, təqribən 211 milyon barel xam neft və kondensat ixrac olunaraq, Ceyhanda 278 tankerə yüklənib.

Boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Qeyd edilir ki, hazırda BTC boru kəməri vasitəsilə əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli neftini və Şahdəniz kondensatını daşınır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən, Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co”nun səhmdarları: BP (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Ekvinor (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), İTOÇU (3,4 faiz), INPEKS (2,5 faiz), EksonMobil (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.скачать dle 11.3
Mojo.az Banner