Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Rumıniyaya PUA və hərbi qüvvə yerləşdirdi

05.01.2021 13:54 951
ABŞ Rumıniyaya PUA və hərbi qüvvə yerləşdirdi
ABŞ Hərbi Hava Qüvvələrinin “MQ-9 Reaper” kəşfiyyat PUA-ları və təxminən 90 hərbi qulluqçu Rumıniyanın Kampia Turzii şəhərində hava bazasında yerləşdirilib.

“RİA Novosti” bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığının məlumatına istinadən xəbər yazır.

Bildirilir ki, PUA-lar və hərbi personal uzun müddətə yerləşdirilib, lakin dəqiq vaxt qeyd olunmur.

Onlar NATO əməliyyatlarına dəstək olaraq məlumat toplama, nəzarət və kəşfiyyat məqsədi ilə yerləşdirilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandiri, general Ceffri Harriqianın sözlərinə görə, bu strateji məkanda pilotsuz təyyarələrin yerləşdirilməsi müttəfiqlərə və tərəfdaşlara təskinlik verir, eyni zamanda ortaya çıxan hər hansı bir təhdidə cavab ola biləcəyini düşmənlərə izah edir.

Hərbçilər pilotsuz təyyarələrin və hərbi personalın yerləşdirilməsinin Rumıniya hakimiyyəti ilə razılaşdırıldığını, ABŞ-ın Avropadakı təhlükəsizlik və sabitliyə bağlılığından bəhs etdiyini və NATO müttəfiqləri ilə digər Avropa tərəfdaşları arasında əlaqələrin gücləndirilməsinə yönəldiyini bildirirlər.скачать dle 11.3
Mojo.az Banner