Mojo.az Banner
Left Banner
Right Banner

Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”

29.09.2020 11:59 2 958
Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”
“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır:

“Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.скачать dle 11.3
Mojo.az Banner