“Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə AÇIQLAMASI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:42 DİN "Son zəng"lə bağlı valideynlərə və məzunlara müraciət edib  |     16:40 Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu  |     16:39 Rəsmi Bakı İsrailin İrana qarşı hərbi əməliyyatlarından ciddi şəkildə narahatdır - BƏYANAT  |     16:38 Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı - Araşdırma başladıldı  |     16:36 İsrail səfərbərlik elan etdi  |     16:31 Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı  |     16:30 "Air India" təyyarəsi bomba təhlükəsi səbəbindən Tailandda məcburi eniş etdi  |     16:29 Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutuları tapıldı  |     16:29 "Apple" Los-Ancelesdə oğurlanmış "iPhone"ları bloklayıb  |     16:27 "WhatsApp"da oxunmamış mesajlarla bağlı yeni süni intellekt funksiyası yaradıldı  |     16:26 Bakıda uşaq bağçasında ANTİSANİTAR vəziyyət - Yataq otaqlarında siçovullar gəzirlər (VİDEO)  |     16:16 İran yüksəkrütbəli məmurların ölümünü rəsmən təsdiqlədi  |     16:11 Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb  |     16:06 İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv etdi  |     16:01 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı  |     14:53 Yarım milyardlıq leqallaşdırma işi: "WhatsApp" yazışmaları məhkəmədə üzə çıxdı  |     14:51 Yol polisi istifadəyə yararsız 600 kq toyuq əti aşkarlayıb - VİDEO  |     14:27 AJet 3 ölkəyə uçuşları ləğv etdi  |     14:18 Ermənistanın keçmiş baş naziri SAXLANILDI  |     13:39 İşğaldan azad olunmuş ərazilərdə milli park yaradılır  |    

“Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə AÇIQLAMASI

“Sosial şəbəkələrdə 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsinin tənqidi əsassız iddiadır. Bu dərslik 2018-ci ilin nəşridir və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır".

Dərslik müəllifləri tərəfindən Oxu.Az-a verilən açıqlamada bildirilir ki, dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan ərəb xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi “Arsak” adı ilə verilib.

“Belə ki, həmin dərsliyin 8-ci səhifəsində belə bir məlumat verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda* (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. *Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb «Artsax» kimi təqdim edirlər”, - kitab müəllifləri bildirib.

Aşıqlamada qeyd olunur ki, Azərbaycan ərazisinin qərbində aran və dağlıq Qarabağ bölgəsində sak tayfalarının məskunlaşma arealı geniş olduğundan qədimdən bu günə qədər “Ərsak” və ya “Arsak” toponimi daha çox işlənilib və yazılı mənbələrdə əks olunub.

“Bu barədə görkəmli tarixçilərimizdən Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun, Mirəli Seyidovun, Ziya Bünyadovun, Rəmzi Yüzbaşovun, Qiyasəddin Qeybullayevin və başqalarının əsərlərində ətraflı məlumatlar verilib. Qarabağın aran və dağlıq hissəsində sak tayfaları uzunmüddətli məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən, bu yerlərin bir sıra sinonim toponimləri meydana gəlib. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə yaşayıb və müxtəlif yer adları onlarla bağlı olub. Və yaxud, şişparaq saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşıblar və eyni hal orada da təkrarlanıb. Beləliklə, həm Qarabağ, həm də də Arsak sözləri türk mənşəlidir.

Ermənilər böyük bağ mənasını verən Qarabağ (“qara” böyük, “bağ” isə bağ) sözünü erməniləşdirə bilmədiklərindən “Arsak” sözünə “t” hərfi əlavə edərək saxtalaşdırıblar və onun formasını dəyişib “Artsax” kimi təqdim edirlər. Sonda bir daha vurğulayırıq ki, “Ərsak” türk mənşəli sözdür. Eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. “Ar” sözünün mənası da “ər, igid" deməkdir”, - deyə dərslik müəllifləri bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 16.09.20 19:11