Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

"Kirayəçi" dələduzların bazarı açıldı: Tələbələr Bakıya gəlir, belə tələyə düşür

05.09.2025 22:48 699
Mənzillərin onlayn kirayə verilməsi prosesində dələduzluq edənlərin sayı artıb. Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bölgələrdə yaşayan tələbələr özlərinə rahat olsun deyə qalacaqları evi onlayn qaydada tapıb, kirayələməyə üstünlük verir.

Onlar elan saytlarında bəyəndikləri evi kirayələmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlayır. Razılaşmadan sonra qarşı tərəfə əvvəlcədən beh adı altında müəyyən bir məbləğ, yaxud da evin bir ayının pulunu ödəyirlər. Təkrar telefona dönüş etdikdə isə "ev sahibinə” zəng çatmadığını görürlər. Beləcə yüzlərlə tələbə onlayn dələduzluğun qurbanına çevrilir.

Hüquq müdafəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında xüsusi bildirib ki, istəlinən vətəndaş tanımadığı şəxsə pul göndərməməlidir:

"Yox, göndəribsə, artıq hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Ən azı bank hesabları var. Kart hesabına bağlı olan bütün məsələləri araşdırmaq asandır. Beləcə, ödədikləri pulu onları aldadan şəxsdən geri ala bilərlər. Gərək vətəndaş işin üstünə düşsün və sona kimi getsin".

Təhsil eksperti Məzahir Məmmədli isə hesab edir ki, tələbə kirayədə qalmalı deyil:

"Hər bir ali məktəbin özünün yataqxanası olmalıdır. Təssüflər olsun ki, Azərbaycanda heç bir ali məktəb bu standartlara uyğun deyil. Hərbi Akdemiya və Gəncə şəhərində yerləşən aqrar universitetdən savayı bütün ali məktəb tələbələrinin 5-10%-ni yataqxana ilə təmin etmək imkanı var. Özəl universitetlərin heç birinin yataqxanaları yoxdur. Bu halda dələduzluq baş alıb gedəcək və onlar üçün min bir şərait də yaranacaq. Burada ən çox əziyyət çəkən rayondan gələn tələbələrdir. Böyük sevinclə ali məktəbə daxil olur və dələduzlarla qarşılaşırlar".скачать dle 11.3
Mojo.az Banner