Mojo.az Banner
22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |    
Left Banner
Right Banner

Dünyada ət qiymətləri rekord həddə çatdı - Səbəb nədir?

05.09.2025 22:40 654
Dünyada ət qiymətləri rekord həddə çatdı - Səbəb nədir?
Avqust ayında dünya üzrə ət qiymətləri yeni rekorda yüksəlib. Bu artıma ABŞ və Çində mal ətinə yüksək tələbat, həmçinin ümumilikdə iri buynuzlu heyvanların sayının azalması təsir göstərib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

İyul ayında qeydə alınan əvvəlki rekord avqust göstəriciləri ilə yenilənib. Ət istehsalını məhdudlaşdıran əsas problemlər iqlim dəyişikliyi və xəstəliklərdir.

Nəticədə bəzi ölkələrdə inflyasiya daha da dərinləşib. Məsələn, Avropa İttifaqının əsas ət ixracatçılarından biri olan Böyük Britaniyada iyul ayında mal və dana əti qiymətləri ötən ilin göstəricilərindən təxminən 25 faiz yüksək olub.

ABŞ-da inək sürülərinin sayı son onilliklərin ən aşağı səviyyəsinə düşüb. Dünyanın aparıcı ixracatçısı Braziliyada da mal-qaranın sayı azalır. Eyni zamanda, qeyri-sabit hava şəraiti sürülərin bərpasını çətinləşdirir.

Qiymət artımına təsir edən əlavə amil süd məhsullarının bahalaşmasıdır. Kərə yağı və pendirin yüksək qiymətləri fonunda fermerlər üçün inəkləri ət üçün kəsmək sərfəli deyil.

2025-ci ilin yayı Böyük Britaniyada fermerlər üçün ən çətin dövrlərdən biri olub. Ölkədə müşahidələrin bütün tarixi ərzində ən yüksək temperatur qeydə alınıb. Bunun nəticəsində otlaq sahələri günəşin yandırdığı quru düzənliyə çevrilib. Fermerlər inəkləri qış üçün saxladıqları yemlə bəsləməyə məcbur qalıb və ciddi zərər görüb.скачать dle 11.3
Mojo.az Banner