Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərzağın qiymətində rekord artım

04.02.2021 23:52 1 056
Ərzağın qiymətində rekord artım
Dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ilə yaxın müddətin ən yüksək həddinə çatıb.

Median.Az
xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.

Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir.

O cümlədən dənli bitkilərin ay ərzində 7,1 faiz bahalaşması daha çox qarğıdalının qiymətinin 11,2 faiz bahalaşaraq ötən ilin müvafiq dövrünə nisbətən 42.3 faiz yüksək həddə çatması ilə əlaqələndirilir. Buğda isə dünya bazarındakı böyük tələbat və mart ayından ixrac rüsumlarını ikiqat artırmağa hazırlaşan Rusiyadan ixracatın gözlənilən azalması ilə bağlı 6,8 faiz bahalaşıb. Bitki yağları da 5,8 faiz bahalaşaraq 2012-ci ilin may ayından bu yana ən yüksək həddə çatıb. Hesabata görə, bunun səbəbi İndoneziya və Malayziyada çoxlu yağıntı və əmək miqrantlarının az olmaları üzündən palma yağı istehsalının, Argentinada isə tətillər üzündən soya yağı ixracatının nisbətən azalmasıdır.

Həmçinin şəkər qiymətləri dekabr ayına nisbətən 8,1 faiz, ağartı qiymətləri 1,6 faiz, ət qiymətləri isə 1 faiz artıb.скачать dle 11.3
Mojo.az Banner