Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtın iki ünvanında təmir işləri aparılacaq: Hərəkət qismən məhdudlaşdırılacaq

05.09.2025 17:24 993
Paytaxtın iki ünvanında təmir işləri aparılacaq: Hərəkət qismən məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hərəkətin məhdudlaşdırılacağı ünvanlar bunlardır:

- Sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;

- Sentyabrın 7-də saat 7:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda ("20 Yanvar" dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).

Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik.скачать dle 11.3
Mojo.az Banner