Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeddi yaşlı uşağı elektrik cərəyanının vurması faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

09.09.2020 20:14 1 475
Bakıda yeddi yaşlı uşağı elektrik cərəyanının vurması faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib
22 mart 2019-cu il tarixdə paytaxtın Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Amin Əliyevin yaşadığı binanın girişində quraşdırılmış elektrik naqillərinə toxunması nəticəsində yanıq xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Yasamal rayonu 138 nömrəli mənzil komunal-istismar sahəsinin mühəndisi Ağalar İbrahimovun həmin müəssisənin balansında olan Yasamal rayonu, Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın 1-ci girişində yerləşən alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olmasını müəyyən edərək həmin yerin qapı və ya digər hər hansı vasitə ilə bağlanmasını və bununla da təhlükəsiz istismarını təmin etməli olduğu halda bunu etməyərək, işə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində Amin Əliyevin ehtiyatsızlıqdan həmin naqillərə toxunaraq yanıq xəsarətləri almasına əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner