Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:25 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi | 19:23 Azərbaycanda nəvə babasının evini qarət etdi | 18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ |
Mojo.az Avto
Mojo.az Avto

Dini mərasim keçirmək adı ilə ictimai qaydanı pozmağa cəhd edənlər həbs olundular

31.08.2020 16:06 1 391
Dini mərasim keçirmək adı ilə ictimai qaydanı pozmağa cəhd edənlər həbs olundular
Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir neçə şəxsin edilən xəbərdarlıqlara rəğmən “Aşura” mərasimi keçirmək adı ilə məscidə daxil olmaq istədiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polisin qanuni tələblərinə tabe olmayan və ictimai qaydanı pozmağa cəhd edən həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Onların Astara rayonunun Ərçivan qəsəbə sakinləri İ.Şükürov və N.Məmmədov, Süparibağ kənd sakinləri V.Mikayılov və Ş.Abdullayev olduqları müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onlar inzibati qaydada həbs olunublar.

Son xəbərlər