Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gecə saatlarında ağaclar məhv edilib

25.08.2020 16:56 2 479
Bakıda gecə saatlarında ağaclar məhv edilib
Bakı şəhəri, Xətai rayonu Nobel prospektində 30-a yaxın ağac kəsilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.

Hadisə ilə bağlı nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlama verib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınan 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub:

“Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.

İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.скачать dle 11.3
Mojo.az Banner