Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Su polisindən qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ - VİDEO

21.08.2020 17:59 1 895
Su polisindən qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ - VİDEO
Müvafiq icazələri olmadan qanunsuz olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində idarənin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli parkında qanunsuz olaraq quş ovlanmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Həmin şəxslərə məxsus motosikletlərə baxış zamanı müxtəlif ov alətləri və digər ləvazimatlar aşkar olunaraq, maddi sübut kimi götürülüb. Araşdırma zamanı aşkar edilən motosikletlərin heç bir sənədinin və qeydiyyat nişanlarının olmadığı üzə çıxıb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, brokonyerliklə məşğul olan şəxslərə qarşı da mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Sonuncu belə tədbir zamanı Xəzər dənizinin Hövsan-Türkan istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Suraxanı rayon sakinləri Həmid Aslanov və Bəhruz Hüseynov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Onlara müvafiq qərara əsasən sentyabr ayının 1-dək, ümumiyyətlə, balıq ovlanmasının qadağan olduğu barədə məlumatlar verilir.

Həmçinin, balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, “ASAN Xidmət” Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək, müəyyənləşdirilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür.

Balıqçılar hansı növə aid balıqların tutulmasına icazə verildiyi barədə məlumatları isə Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək, əldə edə bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada cəza və cərimələr tətbiq ediləcək.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin, qanun pozuntusuna yol verərək, Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də, əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.


скачать dle 11.3
Mojo.az Banner