Mojo.az Banner
12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Su Polisindən əməliyyat: “Qırmızı kitaba” düşən heyvanları ovlayanlar ələ keçdi - VİDEO

26.08.2020 17:46 2 871
Su Polisindən əməliyyat: “Qırmızı kitaba” düşən heyvanları ovlayanlar ələ keçdi - VİDEO
Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq, ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə tədbirlər davam etdirilir.

Belə ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və onun qohumu İmamverdi Orucov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı ümumilikdə 66 ədəd qanunsuz olaraq ovladıqları müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümmumiyyətlə ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı “Qırmızı kitaba” düşən növlərdəndir.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, “ASAN Xidmət” Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək, müəyyən edilən qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər.

Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən adı “Qırmızı kitaba” düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər.

Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı “Qırmızı kitaba” düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner