Su Polisindən uğurlu əməliyyat: Komendant saatında balıq ovlayanlar tutuldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:23 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI  |     15:22 Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır  |     14:58 Xamenei İsrailə hücumdan bir saat əvvəl iclas keçirib  |     14:45 Rusiya Azərbaycana təşəkkür etdi  |     14:43 Naxçıvanda dönərxananın fəaliyyəti məhdudlaşdırıldı  |     14:42 İsrailin zərbələri İranın uran zənginləşdirmə zavoduna zərər yetirib  |     14:40 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır  |     14:38 Bayram gününün havası AÇIQLANDI  |     14:36 Xankəndidə 37 ildən sonra "Son zəng" çalındı  |     14:35 İsrailin hücumu nəticəsində İranın Şəhid Çamran şəhərində bina çöküb: 60 nəfər ölüb - FOTO  |     14:19 70 mindən çox müəllim əməkhaqqısını diffensial qaydada artımla alacaq  |     14:18 İranın ballistik raketlərinin hissələri İordaniya və Suriya ərazisinə düşüb  |     14:16 İran-İsrail münaqişəsində ƏN QORXULU SSENARİ açıqlandı  |     14:15 Bakıda bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir  |     14:10 Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir - FOTO / VİDEO  |     14:06 Bakıda dənizdə batmaq təhlükəsi olan 26 yaşlı kişi xilas edilib - VİDEO  |     14:03 Tanınmış tarzən vəfat etdi - FOTO  |     14:01 Azərbaycan neftinin qiyməti 77 dolları ötdü  |     14:00 Yol polisindən "Son zəng"lə bağlı XƏBƏRDARLIQ  |     13:57 Yayda kondisioner olmadıqda, mənzili necə sərinlətmək olar? - Rusiyalı həkim üsulları açıqladı  |    

Su Polisindən uğurlu əməliyyat: Komendant saatında balıq ovlayanlar tutuldu - VİDEO

Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik və nəzarət tədbirlər davam etdirilir. Həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq, balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq, şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub.

Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyən edilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər.

Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür.

Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub. Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 05.11.20 18:07