Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

İki inək və altı qoyun oğurlamış şəxslər saxlanıldı

29.07.2020 14:19 1 505
İki inək və altı qoyun oğurlamış şəxslər saxlanıldı
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq, vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyul ayında bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək, onlara məxsus iri və xırdabuynuzlu heyvanların oğurlandığı barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.

Bundan başqa, keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb.

Araşdırmalarla onun altı baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner