Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Həmkəndlisini döyərək onun mobil telofonunu talayanlar saxlanıldı

23.02.2021 16:11 2 379
Həmkəndlisini döyərək onun mobil telofonunu talayanlar saxlanıldı
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif cinayətlər törətmiş şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevral ayında rayon ərazisindəki müxtəlif təyinatlı mağazalardan oğurluq edilməsi barədə Bərdə RPŞ-ya məlumatlar daxil olub. Məlumatlarla əlaqədar olaraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Novruzov saxlanılıb. Araşdırmalarla onun mağazalardan müxtəlif markalı siqaretlər, içki məhsulları, danışıq kartları, lotoreyalar, notbuk və nəğd pul oğurlamaqla 4 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Keçirilmiş digər tədbirlərlə rayonun Güloğlular kəndi ərazisindəki anbarların birindən dəyəri 1 400 manatdan artıq olan üç ton arpa oğurlayan şəxs də saxlanılıb. Araşdırmalarla onun Qaradağlı kənd sakini Bəxtiyar Məmmədov olduğu müəyyən edilib. B.Məmmədov maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Bərdə Rayon Polis Şöbəsinin cinayətkarlığa qarşı davam etdirdiyi mübarizə tədbirləri nəticəsində Alaçadırlı kəndində həmkəndlisini döyərək 600 manat dəyərində mobil telefonu quldurluq yolu ilə talayan şəxslər də müəyyən edilib. Belə ki, həmin cinayət əməlini Ataş Ağayev və əvvəllər məhkum edilmiş Əliş Mirzəzadənin törətdiyi məlum olub.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş daha bir tədbirlə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Qaraxanov da saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onun üzərinə baxış keçirilən zaman 225 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-da araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner