Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi |
Mojo.az Avto
Mojo.az Avto

Düşmənin 2 polisi yaralandı - Tovuz istiqamətində

13.07.2020 12:25 2 441
Düşmənin 2 polisi yaralandı - Tovuz istiqamətində
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə 2 polis əməkdaşının yaralandığını açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Facebook”da bildirib. Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Azərbaycan tərəfindən 4 hərbçi şəhid olub.

Son xəbərlər