Mojo.az Banner
19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda COVID-19 testi verməyən şəxsə koronavirusa yoluxduğuna dair SMS gəlib - FOTO

27.06.2020 19:09 1 606
Azərbaycanda COVID-19 testi verməyən şəxsə koronavirusa yoluxduğuna dair SMS gəlib - FOTO
Azərbaycanda COVID-19 testi verməyən vətəndaşa koronavirusa yoluxduğuna dair SMS göndərilib.

Median.Az xəbər verir ki, bu barədə Fəxri Ağayev məlumat paylaşıb. O bildirib ki, koronavirus yoxlaması üçün heç bir test vermədiyi halda onun COVİD-19-a yoluxduğuna dair SMS göndərilib:

“Operativ Qərargahdan şəxsi nömrəmə bir mesaj gəldi: “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184".

Məsələnin maraqlı tərəfi odur ki, mən heç bir test verməmişəm. Buna ehtiyac da görməmişəm. SMS-də qeyd edilən “184” çağrı mərkəzinə zəng etdim”.

İki dəqiqə həzin musiqi dinlədiyini qeyd edən Fəxri Ağayev nəticədə aldığı cavabın onu daha da təəccübləndirdiyini deyib:

“Təsəvvür edin, belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və iki dəqiqə uvertüra... Operativ olduqlarına görə, iki dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və məni oradakı poliklinikaya yönləndirdi. Telefondakı xanım dinlədi, və belə bir halın necə baş verdiyini məndən soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Cavab olaraq bildirdi ki, adım siyahıda yoxdur. Mesajı mənə kim göndəribsə, ona müraciət edim.

Ümumi olaraq başa düşürəm ki, səhv olub. Amma düşünün, bu mesaj mənə deyil, 65 yaşlı test verən insanlardan birinə göndərilsəydi, necə olardı? O anda infrakt olsa..?!”//oxu.az

скачать dle 11.3
Mojo.az Banner