Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Sabunçu rayonunda qeydə alınıb.
Aeroport yolunda baş verən qəza tıxaca səbəb olub.
Qəza yerinə cəlb olunan Dövlət Yol Patrul xidmətinin əməkdaşları yoldakı sıxlığı aradan qaldırmağa çalışırlar.