Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı | 16:53 Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI | 16:49 Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq | 16:44 Sabah güclü külək əsəcək - Xəbərdarlıq | 14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı |
Mojo.az Avto
Mojo.az Avto

Pandemiya dövründə oruc tutmaq vacibdir? - VİDEO

21.04.2020 13:45 1 435
Pandemiya dövründə oruc tutmaq vacibdir? - VİDEO
Bu il Ramazan ayına bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq.

Baku.Tv xəbər verir ki, şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək, xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırır.

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, oruc ibadəti yardımlaşmanı artıran, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Amma təbii ki, sağlamlığında problem olan insanlar üçün oruc tutmaq vacib deyil.

Onun sözlərinə görə, xroniki xəstəliklərlə bağlı, böyrək, ürək, damar xəstəlikləri və s. olanlar mütləq həkimləri ilə məsləhətləşməlidirlər:

“Belə kritik dövrlərdə həkimlərin verdiyi qərarlar bir müctehid fətvasından daha dəyərli görünür. Nəzərə alsaq ki, oruc tutan şəxs təxminən 15 saat ərzində ac və susuz qalmalıdır, o zaman orqanizmin immun sisteminin zəifləməsi də qaçılmazdır. Belə olan halda qidalanmanın düzgün tənzimlənməsi xüsusi önəm daşıyır”.

Həkim-dietoloq Ləman Süleymanovanın sözlərinə görə, koronavirus pandemiyasının yayıldığı bir dövrdə oruc tutmaq istəyən insanlar ilk növbədə iş rejiminə və düzgün qidalanmaya önəm verməlidirlər.

Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən ehsan mərasimlərinin keçirilməməsi də tövsiyə edilir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılması məqsədəuyğundur. Bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Son xəbərlər