Mojo.az Banner
13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

İpoteka Fondu kirayə evlərin qiymətini açıqladı

19.03.2020 19:42 2 303
İpoteka Fondu kirayə evlərin qiymətini açıqladı
İpoteka və Kredit Zəmanət Fondu Bakının Xətai rayonunda Gəncə prospektində kirayə üsulu ilə satılan mənzillərin qiymətini açıqlayıb.

FED.az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara təklif olunan mənzillər yerləşdiyi ərazi üzrə bazar dəyərindən aşağı qiymətlərlə alınıb.

Hazırda Fondun Bakı şəhəri üzrə Gəncə prospektində yerləşən yaşayış kompleksindən vətəndaşlara kirayə təklif etdiyi mənzillərin maya dəyəri bütün xərclər (alış dəyəri, rəsmiləşdirmə, kommunal vasitələrə qoşulma, çıxarış və texniki sənədlərin əldə olunması üzrə xərclər) daxil olmaqla 1450 manatdır. İpoteka və Kredit Zəmanət Fondu Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindən 100 mənzil alıb.

Bütün dövr ərzində isə illik xərclər 4%-dək müəyyənləşib. Bu xərclərə isə Fondun mənzillərin alınması üçün 3% həcmində cəlb etdiyi vəsaitləri dəyəri, sığorta və digər xərclər daxildir. Başqa sözlə, hətta bu xərclər daxil olmaqla belə, kirayə üsulu faktiki olaraq güzəştli ipoteka kreditlərindən daha ucuz layihədir. Kirayə mənzillərdə vətəndaşdan əlavə xərc tələb olunmur.скачать dle 11.3
Mojo.az Banner