Mojo.az Banner
13:04 11 kiloqramdan çox narkotik vasitə aşkarlandı  |     12:53 Əlində protexniki vasitə partladı - 13 yaşlı uşağın barmağı amputasiya edildi  |     12:53 "Brent"in qiyməti 100 dollardan aşağı düşüb  |     12:49 Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü  |     12:46 İsrail Tehrandakı iki raket zavoduna ZƏRBƏLƏR ENDİRDİ  |     12:40 Bakıda və Abşeron yarımadasında yağıntı GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ  |     12:35 Qızıl təxminən dörd faiz BAHALAŞDI  |     12:33 10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR  |     12:31 Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir  |     12:29 Bəzi yerlərdə YAĞIŞ YAĞIR: Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır  |     12:22 Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb - Video (Yenilənib)  |     12:10 Nazirlikdən hava şəraiti ilə bağlı ƏHALİYƏ MÜRACİƏT  |     12:07 Tərtərdə DƏHŞƏTLİ QƏZA: QARDAŞLAR ÖLDÜLƏR, yaralılar var (Yenilənib)  |     12:01 Azərbaycan nefti ucuzlaşıb  |     11:58 Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi  |     11:44 Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video  |     11:38 "Volkswagen" 100 minə yaxın elektromobili geri çağırır  |     11:35 Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və digər məşhurlar saxlanıldılar  |     11:13 Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar? - FOTO  |     11:12 İran regionda yeni ittifaq qurur  |    
Left Banner
Right Banner

Həyat yoldaşını öldürüb, intihar etmək istədi - VİDEO

03.03.2020 20:10 1 718
Həyat yoldaşını öldürüb, intihar etmək istədi - VİDEO
2019-cu il iyunun 1-də Suraxanı rayonu 30-cu Polis Şöbəsinə yaralı halda təslim olan Zahid Novruzov yaşadığı evdə həyat yoldaşını odlu silahdan açdığı atəşlə öldürdüyünü və sonra intihar etmək məqsədi ilə özünə də güllə atdığını bildirib.

Baku TV xəbər verir ki, sifətindən yaralanan şəxs şöbəyə çağırılan Təcili Tibbi Yardım işçiləri tərəfindən xəsatəxanaya aparılıb və əməliyyat olunub. Polis və prokurorluq əməkdaşları Hövsan qəsəbəsindəki evdə qadın meyiti, yanında tüfəng aşkar ediblər. Məlum olub ki, mərhum 55 yaşlı Təranə Novruzovadır.

Zahid Novruzov rəsmi nikahda olduğu arvadı Təranə Novruzovanın ona xəyanət etməsini bəhanə edib, həyat yoldaşını öldürmək qərarına gəlib. İyunun 1-i saat 17 radələrində yaşadıqları evdə, yataq otağında saxladığı tüfəngi və 4 ədəd patronu götürüb, qonaq otağına keçib. Yaxın məsafədən qadının baş nahiyəsinə 1 dəfə atəş açıb və öldürüb.

Zahid Novruzov bildirib ki, 1985-ci ildə Laçın rayonunda Təranə Novruzova ilə ailə qurub, müharibədən sonra ailəsi ilə Bakıya gəlib. Həyat yoldaşı ilə münasibətləri əvvəl yaxşı olub. Hadisədən 2 il əvvəl Hövsan qəsəbəsində çimərlikdə, adını xatırlamadığı qadınla istirahət edərkən oğlu Ruslan onların videosunu çəkib, anasına göstərib.

Bundan sonra Təranə ilə mübahisələri başlayıb. 10 ay ərzində Təranə oğlu ilə birlikdə Nərimanov rayonunda kirayədə qalıb. Daha sonra övladları onları barışdırdığından yenidən birlikdə yaşamağa başlayıblar. Zahid Təranədə dəyişikliklər hiss edib, ona xəyanət etməsindən şübhələnib. Yoldaşından bu barədə soruşduqda, o, etiraz edərək xəyanət etmədiyini deyib.

Təxminən bir ay əvvəl Naxçıvan şəhərinə qızının evinə qonaq gediblər. Orada olarkən Təranəyə Bakıya qayıdandan sonra onunla boşanacağını söyləyib. Hadisə olan gün, saat 15 radələrində Nurlan evdən çıxdıqdan sonra evdə yalnız Təranə qalıb. Zahid yataq otağında saxladığı 16 kalibirli ov tüfəngini və dörd ədəd patronu götürüb qonaq otağına keçir. Məqsədi arvadını qorxudub “Bibiheybət” məscidinə aparmaq olub.

Zahid özü boşanmaq barədə ərizə vermək istəsə də, oğlanları buna mane olublar. Ona görə arvadının özünün boşanmaq barədə fikrini oğlanlarına deməsini istəyib. Yoldaşının kondisonerin tozunu sildiyini görüb, aşağı düşməsini, ona sözü olduğunu bildirib. Təranə masadan aşağı düşdükdə silahı göstərib, biz “Naxçıvanda söz danışmışdıq, gəl gedək and içək boşanaq, evə qan salma" deyib. Təranə oğlu Ruslanı çağıracağını söyləyib, çölə çıxmaq istədikdə Zahid patronların ikisini tüfəngə qoyub, "onu vuracağını" bildirib. Yoldaşı ona "səndə o kişilik yoxdu məni vurasan" deyəndə, Zahid təxminən 5 metr məsafədən 1 dəfə arvadının baş nahiyəsinə atəş açıb.

Güllə arvadının ağız nahiyəsinə dəyir və o, yerə yıxılır. Arvadını vurduğuna görə peşman olan Zahid özünü öldürmək qərarına gəlir. Bu məqsədlə tüfəngi boğaz nahiyəsinə dirəyib atəş açır, lakin güllə sol yanağından çıxır. Sonra polisə gedərək təslim olur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Novruzov 17 il müddətinə azadlıqdan məhrum olunub.


скачать dle 11.3
Mojo.az Banner