Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Güləş millilərimiz Olimpiadaya vəsiqə üçün hazırlıqlara başladı

19.02.2020 19:43 2 754
Güləş millilərimiz Olimpiadaya vəsiqə üçün hazırlıqlara başladı
Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız bu gündən növbəti təlim-məşq toplanışına start verib.

Median.Az
xəbər verir ki, təlim-məşq toplanışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşi üzrə millimiz yarışın startına qədər toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək.

Sərbəst güləş üzrə millimiz isə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayıb. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir.

Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Əbubəkr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovdur (125 kq).

Fevralın 29-dək qonşu ölkədə qalacaq nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.

Qeyd edək ki, Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner