Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yunan-Roma güləşçilərimiz bayram günü Rusiyada hazırlıq keçəcək

30.12.2019 23:49 2 533
Yunan-Roma güləşçilərimiz bayram günü Rusiyada hazırlıq keçəcək
Yunan-Roma güləşi üzrə yığmamız yeni ilin ilk günlərindən növbəti təlim-məşq toplanışına start verəcək.

Millimiz yanvarın 2-dən 16-dək Rusiyanın Saransk şəhərində hazırlıq prosesi keçəcək.

Həm fiziki, həm də taktiki çalışmaların həyata keçiriləcəyi toplanışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi -60 kq), Taleh Məmmədov (-63 kq), İslambəy Dadov (-67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi -72 kq), Həsən Əliyev (-77 kq), Rafiq Hüseynov (-82 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi -130 kq) iştirak edəcək.

Olimpiya mükafatçımız Rəsul Çunayev isə Belarusda məşqlərdə aldığı zədəsi ilə əlaqədar olaraq istirahət edəcək. Digər yığma üzvləri isə böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Bakıda – Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək Qran-Pri turniri olacaq. Heyət yarış ərəfəsində ictimaiyyətə açıqlanacaq.скачать dle 11.3
Mojo.az Banner