Mojo.az Banner
16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu xəstəxanada bir gecədə iki uşaq öldü

19.02.2020 17:52 4 493
Bakıda bu xəstəxanada bir gecədə iki uşaq öldü
Bakıda 18-dən 19-na keçən gecə iki körpə xəstəxanada ölüb.

Bu barədə BAKU.WS-ə vətəndaşlar bildiriblər.

Çoxsaylı müraciətlərdə qeyd edilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) iki uşaq vəfat edib.

Qeyd olunur ki, ölkədə uşaqlar arasında xəstəliklər yayılıb. Həmin uşaqlar da bu xəstəliyə tutulubmuşlar və ondan ölüblər.

Məsələyə aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əlaqə saxladıq.

Xəstəxanadan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də, 18-19 fevral 2020 tarixlərində iki xəstə yenidoğulan körpə vəfat edib.

Belə ki, 14 günlük uşaq 7 fevralda 5 saylı doğum evindən gətirilib:

“Ona bətndaxili infeksiya, pnevmoniya, periventrikulyar və subkortikal leykomalyasiya, yayılmış damardaxili laxtalanma sindromu diaqnozu qoyulub.

İkinci uşaq isə bir aylıq olub. O, 17 fervalda Bakı şəhəri 2 saylı uşaq poliklinikasının göndərişi ilə daxil olub.

Uşağın diaqnozu - bətndaxili infeksiya, fetal hepatit, hepatosplenomeqaliya, NEK, yayılmış damardaxili laxtalanma sindromu olub.

Uşaqların ümumi vəziyyətləri daxil olan andan çox ağır qiymətləndirilib.

Klinikada hərtərəfli müayinələrdən keçiblər. Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alırdılar”.

TƏBİB-dən verilən açıqlamada bir gecədə iki yenidoğulan xəstə körpənin vəfat etməsi xəbəri təsdiqlənib.

Ölkədə uşaqlar arasında xəstəlik yayılmasına gəlincə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında hazırda uşaqlar arasında mövsümi xəstəliklərin olduğunu bildirib.

“Bizim xəstəxanaya da müraciət edənlərin sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.

Şükürlər olsun ki, koronavirus Azərbaycanda yoxdur. Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir”, - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

“Valideynlərə məsləhətimiz odur ki, uşaqları havaya uyğun geyindirsinlər. Günəşli havada bir az nazik, soyuqda isti geyinsinlər. Uşaqların qidalanmasına fikir verməlidirlər. Ac halda uşaqları məktəbə, bağçaya göndərmək olmaz”.

скачать dle 11.3
Mojo.az Banner