Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib

21.01.2025 16:59 735
Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib
"Sifilis xəstəliyindən ölən körpənin müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.

Bildirilib ki, körpə 2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə dünyaya gəlib:

"2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə sifilis xəstəsi olan anadan 27 həftəlik 850 qram çəkisində uşaq dünyaya gəlib. Sifilis birbaşa doğum evində aşkar edilib. Körpə anadangəlmə sifilis diaqnozu ilə avqustun 27-də Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə köçürülüb. Körpəyə anadangəlmə sifilis, ekstremal azçəkili uşaq, infeksiya fonunda inkişaf edən sarılıq, hepatit, tənəffüs pozğunluğu sindromu diaqnozları qoyulub.

Sentyabrın 5-də uşaq Reanimasiya şöbəsindən Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinə köçürülüb. Qeyd olunan diaqnozlarla uşaq 2025-ci il yanvarın 17-dək müalicə alıb, qaraciyərin fermentləri çox yüksək rəqəmlərdə olub. Sifilis xəstəliyinin protokoluna uyğun olaraq, uşaq mütəxəssisin təyinatı ilə şöbədə müvafiq müalicə alıb. Müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib. Yanvarın 17-də axşam saatlarında qəfil ölüm baş verib. Ölüm barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Baş Prokurorluğa məlumat verilib", - deyə cavabda qeyd olunub.

Son xəbərlər