Mojo.az Banner
19:30 Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs olundu  |     19:24 Əsəd ailəsinin həbs olunan ilk üzvü edam ediləcək  |     19:15 Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü  |     19:10 Müşfiqabadda sürüşmə təhlükəsi getdikcə artır - Video  |     19:03 19 yaşlı Zeynəbin qətlinin təfərrüatı  |     18:55 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir  |     18:47 Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     18:42 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     18:30 Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı: Dövlət qurumu hərəkətə keçdi - FOTO  |     18:20 Deputat Vüqar Bayramovun qardaşına 9 il şərti cəza istənildi - “QHT işi”  |     18:17 Marketdə tanımadığı adamı səbəbsiz yerə döydü - Biləsuvarda ŞOK OLAY  |     18:15 Kirayə bazarında qiymətlər yenidən bahalaşacaq – Ekspertdən xəbərdarlıq  |     18:12 İkinci əl avtomobillərdə qiymət artımı qaçılmazdır – Ekspert danışdı  |     18:07 Yandırdığı kafedə 1 nəfər öldü, 12 nəfər ağır xəsarət aldı  |     17:56 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi  |     17:48 Qazaxıstanın xarici siyasət konsepsiyasında dəyişiklik: Nazarbayevin ömürlük hüququ ləğv edildi  |     17:32 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib  |     17:23 Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı  |     17:13 Qanunsuz yollarla ölkəyə gətirilən dərman vasitələri aşkar edilib  |     16:59 Sumqayıtda 17 yaşlı qız itkin düşdü  |    
Left Banner
Right Banner

İlham Əliyev Münhendə görüş keçirib - YENİLƏNİB + FOTO

15.02.2020 17:13 3 351
İlham Əliyev Münhendə görüş keçirib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha qeyd edib. Prezident İlham Əliyev bildirib ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Söhbət zamanı Beynəlxalq Böhran Qrupu tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif hesabatların hazırlandığı qeyd olunub. Hazırlanmış son hesabatlarda Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər, eyni zamanda, Ermənistanın apardığı qeyri-qanuni məskunlaşma siyasəti ilə əlaqədar məsələlərin əks olunmasının vacibliyi vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşüb.

Bununla bağlı AZƏRTAC xəbər yayıb.


скачать dle 11.3
Mojo.az Banner