Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi siqaretə görə arvad-uşağını döydü

20.11.2026 18:35 144
Bakıda kişi siqaretə görə arvad-uşağını döydü
Bakıda kişi arvadını döyüb.

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

40 yaşlı Səbuhi Kərimli (şərti adla) yaşadıqları evdə əl və ayaq zərbələri ilə arvadı Şəbnəmin (şərti adla) bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məlumata görə, hadisəyə səbəb isə Səbuhinin oğlunun siqaret çəkməsi olub. Belə ki, o, işdən qayıdanda ikinci dəfə oğlunun siqaret çəkdiyini görüb və mübahisə edib. Mübahisə zamanı Səbuhi oğlunu vurub. Bu zaman işdən gələn Şəbnəm araya girib. Oğlunun döyüldüyünü görən ana ərinə irad tutaraq, kobud cavablar verib. Qadının cavablarından hiddətlənən Səbuhi arvadını da döyüb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyərək, arvadı ilə barışmaq istədiyini deyib. Onun sözlərinə görə, lakin Şəbnəm onunla barışmayıb.

Zərərçəkən qadın da ifadəsində ərini bağışlamadığını deyib. Onun sözlərinə görə, hadisə olan günü Səbuhi uşaqlarını döyüb və o, övladlarının ağladığını görüb. Qadın bildirib ki, həmin gün əri ən çox onu döyüb. Şəbnəm daim onu və uşaqlarını döydüyü üçün ərinin onlardan uzaqlaşdırılmasını, həmçinin azadlıqdan məhrumetmə növündə cəzalandırılmasını istəyib.

Məhkəmənin qərarı ilə Səbuhi Kərimli 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.//Lent.az

Son xəbərlər