Yol polisinin 7 dəfə dönmə əməliyyatı aparmasının səbəbi açıqlanıb - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:41 Qubada dağlıq ərazidə yanğın başlayıb  |     15:37 "Qalatasaray"la "Spartak" razılaşdı: Kolumbiyalı Moskvaya köçür  |     14:57 BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq  |     14:10 Tərtərdə "Hyundai" ilə BMW toqquşdu: Yaralananlar var  |     13:56 "İki etibarlı çiyin" - Emin Ağalarovun paylaşımı diqqət çəkdi  |     13:38 Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır  |     13:37 Yasamalda 45 yaşlı qadın qətlə yetirilib  |     13:37 Ucar sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb  |     13:36 Xəzər rayonunda qanunsuz tikili sökülüb - Video  |     13:35 Səbail rayonunda NARKOTİK ƏMƏLİYYATI - 10 kiloqram marixuana aşkarlandı (Video)  |     13:34 Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - Video  |     13:31 "TikTok"da humanitar yardım adı altında dələduzluq edən qadın SAXLANILDI - Video  |     13:30 Azərbaycan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən birini ekstradisiya edib - Video  |     13:27 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 Füzulidə yanğın törədən şəxs saxlanılıb  |     13:16 Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü  |     13:15 Bakıda sahibi tapılmayan avtomobilə hər gün cərimə yazılır - Video  |     13:14 ADA-nın Kompüter elmləri ixtisasının keçid balı REKORD VURDU  |     13:10 Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI - Video  |     13:09 Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? - Video  |    

Yol polisinin 7 dəfə dönmə əməliyyatı aparmasının səbəbi açıqlanıb - RƏSMİ

DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı aparılmış xidməti araşdırmanın nəticəsi barədə məlumatı açıqlayıb.

"Report"a daxil olan məlumatda deyilir:

“Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.

Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də, məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.

Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 842 28.01.20 19:12