Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb

17.04.2020 19:45 1 783
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb
Abşeron rayon sakini Əbülfət Məmmədov 16.04.2020-ci il tarixdə polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin 17.04.2020-ci il tarixdə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra saat Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.

Qeyd edək ki, sürücü saxalanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücüm etməyə cəhd edib. Lakin polis əməkdaşların çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Araşdırma zamanı Ramazan Ağabəyovun qaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.


Ramazan Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər